Mircəlil Qasımlı
Milli Məclisin deputatı
Prezident İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə Azərbaycan–Vyetnam münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə mühüm fikirlər səsləndirib.
Dövlət başçısı iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməllərə əsaslandığını, siyasi dialoqun və qarşılıqlı etimadın əməkdaşlığın genişlənməsində xüsusi rol oynadığını vurğulayıb.
Müsahibədə strateji tərəfdaşlığın inkişafı, enerji təhlükəsizliyi, investisiya imkanları, nəqliyyat-logistika əlaqələri, eləcə də elm, təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötdüyünü, tranzit daşımalarının isə əhəmiyyətli dərəcədə artdığını bildirib. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərindəki imkanları da diqqətə çatdırılıb.
Müsahibədə səsləndirilən fikirlər Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanları əks etdirir.
