Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Borsunlu kəndində Vətən müharibəsi şəhidi Nəsibov Nicat Nəriman oğlunun ailəsində keçirilən toy mərasimində iştirak edib.
"Atributinfo.az" məlumat verir ki, deputat şəhid ailəsinin bu əlamətdar günündə iştirak edərək ailə üzvlərinin sevincinə şərik olub, yeni qurulan ailəni təbrik edib və gənclərə xoşbəxt, firavan, sevgi və qarşılıqlı hörmət üzərində qurulan ömür yolu arzulayıb.
Şəhid ailəsinin sevincini bölüşmək, onların xoş günlərində yanında olmaq Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiramın, ailələrinə göstərilən diqqət və qayğının mənəvi ifadəsidir.
Nəsibov Nicat Nəriman oğlu kimi Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri xalqımızın xüsusi ehtiramına layiqdir. Onların ailələrinin sevincli günlərini bölüşmək, qayğıları ilə maraqlanmaq və daim diqqətdə saxlamaq hər birimiz üçün mənəvi məsuliyyətdir.
Goranboyun Borsunlu kəndində keçirilən bu toy mərasimi də şəhid ailəsinə göstərilən ehtiramın və mənəvi həmrəyliyin nümunəsi kimi yadda qalıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
