Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

    1 oktyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir təşkil olunub.


    "Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarətdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Saatlı rayon prokuroru Elnur Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, həmçinin RİH-nin məsul əməkdaşları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O, Azərbaycan Prokurorluğunun 108 illik fəaliyyət tarixindən, ölkədə qanunçuluğun təmin olunmasında prokurorluq orqanlarının mühüm xidmətlərindən, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkili, onların institusional imkanlarının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edib.

    Tədbirdə çıxış edən Saatlı rayon prokuroru Elnur Rüstəmov prokurorluq əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun zəngin və şərəfli inkişaf yolundan bəhs edərək, prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən, qanunçuluğun möhkəmləndirilməsi və hüquq-mühafizə sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb.

    Daha sonra tədbirdə çıxış edən Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşov, Saatlı Rayon Polis Şöbəsinin rəisi Hikmət Vəliyev, Saatlı rayon DTX-nin rəisi Aydın Əliyev, SHXÇDX-nin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ceyhun Həsənov və Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov ölkədə qanunun aliliyinin təmin olunması, hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, eləcə də cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili istiqamətində prokurorluq orqanlarının gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ