Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda Ahıllar Günü qeyd olunub

     1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.


    "Atributinfo.az" xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ahıl nəslin nümayəndələrinin zəngin həyat təcrübəsinin və dünyagörüşünün gənc nəslə çatdırılması, milli-mənəvi dəyərlərin nəsillərarası ötürülməsinin əhəmiyyətinin vurğulanması, ahıllara hörmət və ehtiram hissinin daha da gücləndirilməsi, müxtəlif nəsillər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin möhkəmləndirilməsi olmuşdur.

    Tədbirdə çıxış edənlər ahıl insanların cəmiyyətimizdə xüsusi yeri və rolundan bəhs etmiş, onların uzun illər ərzində qazandıqları həyat təcrübəsinin, mənəvi dəyərlərinin və tövsiyələrinin gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər. Bildirilmişdir ki, xalqımızın milli-mənəvi dəyərlərində böyüyə, xüsusilə ahıl insanlara hörmət və ehtiram ənənəsi mühüm yer tutur.

    Səmimi və mehriban şəraitdə keçən tədbirdə ahıl nəslin nümayəndələri ilə fikir mübadiləsi aparılmış, onların həyat yolu və zəngin təcrübəsi ilə bağlı maraqlı söhbətlər edilmişdir.

    Tədbirin sonunda 1 Oktyabr – Beynəlxalq Ahıl Günü münasibətilə iştirakçılara hədiyyələr təqdim olunmuş, onlara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulanmışdır.

    Ahıl insanlara göstərilən diqqət və qayğı cəmiyyətimizin mənəvi dəyərlərinin mühüm göstəricilərindən biridir. Onların həyat təcrübəsinə və tövsiyələrinə verilən yüksək qiymət nəsillər arasında mənəvi bağlılığın daha da möhkəmlənməsinə xidmət edir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ