Sizin reklam burada
Sizin reklam burada
  • Elmi-praktik konfransda Rəşad Mahmudov çıxıs edib


    Bu gün İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 20 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda bir sıra millət vəkilləri ilə yanaşı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov da iştirak edərək, professional çıxışı ilə diqqət çəkib. Bu barədə "atributinfo.az"a danışan R. Mahmudov:


    "Dövlət rəsmilərinin, millət vəkillərinin, səhiyyə müəssisələrinin rəhbərlərinin, tibb ictimaiyyətinin və ictimai xadimlərin iştirakı ilə keçirilən tədbir Azərbaycan səhiyyəsinin keçdiyi yolun və qarşıda duran hədəflərin müzakirəsi baxımından əhəmiyyətli platforma oldu.

    Konfransda İSİM-in ötən 20 il ərzində Azərbaycan səhiyyəsində, xüsusilə ictimai səhiyyənin inkişafı, maarifləndirmə, tədqiqat və islahatların dəstəklənməsi istiqamətində gördüyü işlər və həyata keçirdiyi layihələr barədə geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, müasir səhiyyənin yeni çağırışları, gələcək prioritetlər və qarşıda duran vəzifələr müzakirə edildi.

    İSİM-in kollektivini 20 illik yubiley münasibətilə bir daha təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.

    Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm."- deyib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ