Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudovdan seçicilərlə növbəti görüş

    Daim seçicilərin yanında olan, onların qayğı və problemlərinin həllini fəaliyyətinin əsas istiqamətləri hesab edən 79 saylı Astara seçki dairəsindən seçilən Milli Məclisin deputatı Rəşad Mahmudov Astarada seçicilərlə növbəti görüşünü keçirib.


    "Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında baş tutan qəbul zamanı 20-dən çox vətəndaşın müraciəti fərdi qaydada dinlənilib, onları narahat edən sosial, hüquqi, səhiyyə, məşğulluq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    Qaldırılan məsələlərin bir qisminə yerindəcə aydınlıq gətirilib və mümkün həll yolları müəyyənləşdirilib. Əlavə araşdırma və aidiyyəti dövlət qurumlarının dəstəyini tələb edən müraciətlər isə nəzarətə götürülərək müvafiq instansiyalar qarşısında qaldırılması üçün qeydə alınıb.


    Vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların qayğı və problemlərinin dinlənilməsi, mümkün məsələlərin operativ həllinə dəstək göstərilməsi deputat fəaliyyətinin mühüm istiqamətlərindən biridir.


    Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin dövlət siyasətinin mərkəzində vətəndaşın dayanması ilə bağlı müəyyən etdiyi prinsiplərə uyğun olaraq, seçicilərlə davamlı təmasın saxlanılması, onların müraciətlərinə həssas və məsuliyyətli yanaşılması bundan sonra da fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ