Bu gün Astarada 27 Sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, aparat əməkdaşları, Hüquq mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin əməkdaşları, ziyalılar və gənclər iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin.
