25 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Suvarma Sistemləri İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
"Atributinfo.az" xəbər verir ki aksiyada Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Suvarma Sistemləri İstismarı İdarəsinin rəisi Seyidrəsul Abasov, rayon icra hakimiyyətinin və digər idarə-təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində Heydər Əliyev prospekti boyunca yol kənarlarında və ümumi əhalinin istifadəsində olan Gənclər Parkında həmişəyaşıl ağaclar əkilib.
Əkilən hər bir ağac Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunub.
Ağacəkmə aksiyası şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, rayon ərazisində yaşıllıqların artırılmasına və ətraf mühitin qorunmasına töhfə verib.
Bəradər,
Zahir
"Atributinfo.az"
