Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda “27 sentyabr-Anım Günü” münasibətilə silsilə tədbirlər davam edir.


          Göygöl rayonunda “27 sentyabr-Anım Günü” münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində bu gün Göygöl Rayon Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilib.

        YAP Göygöl rayon təşkilatı və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatşılığı ilə keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, QHT nümayəndələri, ziyalılar və fəal gənclər iştirak edib.

          İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

         Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, rayon ziyalısı Partiya veteranı Salman Balakişiyev, VMVB-nin Göygöl rayon filialının sədri Həbib Hüseynov, müharibə iştirakçısı Valeh Mustafayev, fəal gənclərdən Şəhla Rüstəmova, Arzu İbrahimova və digərləri çıxış ediblər. 

          Çıxışlarda “27 sentyabr-Anım Günü” tədbirinin mahiyyətindən, 44 günlük müharibənin başlanma səbəbindən, gedişatından və Möhtəşəm Qələbə ilə nəticələnməsindən bəhs edilib, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş vətən övladlarının çücaətindən söhbət açılıb, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışılıb. Əldə olunan qələbə üçün döyüşlərdə qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizə və döyüşlərdə iştirak edən bütün şəxslərə hörmət və ehtiram ifadə olunub.

          Suveren Azərbaycan Respublikasının hər bir vətəndaşının qürur dolu günlər yaşadığı qeyd olunaraq bildirilib ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olundu və Müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü təmin edildi. Ermənistanın işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı.   Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi və İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi tarixə yazıldı.

           Bütün çıxış və nitqlərdə suverenliyimizin bərpa olunmasında əməyi olan şəxslər hörmət və ehtiramla xatırlanaraq, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Ulu Öndərin rolu xüsusi olaraq vurğulanıb, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunub.  

         Tədbirin sonunda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.




     

     

     

     

     

     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ