Sizin reklam burada
Sizin reklam burada
  • Şəmətük kəndində şəhid Eynəliyev Samrad İkram oğlunun anım mərasimi keçirilib

    Astara rayonunun Şəmətük kəndində 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Eynəliyev Samrad İkram oğlunun anım mərasimi keçirilib.


    "Atributinfo.az" xəbər verir ki, anım mərasimində YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov və əməkdaşları, Astara Rayon İcra Hakimiyyəti aparatının sektor müdiri Nihad Allahverdiyev, Kijəbə qəsəbəsi üzrə İcra Nümayəndəsi Firudin Əhmədov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, kənd sakinləri və digər qonaqlar iştirak ediblər.

    Tədbir iştirakçıları şəhid Eynəliyev Samrad İkram oğlunun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

    Çıxışlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlığın xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm vəzifələrdəndir.

    Şəhidin ailə üzvlərinə başsağlığı verilib, Samrad Eynəliyevin keçdiyi döyüş yolu və göstərdiyi şücaətin gələcək nəsillər üçün örnək olduğu qeyd edilib.


    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ