PAŞA Holding-in təşəbbüsü ilə həyata keçirilən LEGIS Hüquq Forumu çərçivəsində gənc hüquqşünasların peşəkar inkişafını dəstəkləmək məqsədilə təşkil olunan LEGIS Mentorluq Proqramı menti qəbuluna başlayıb.
Proqram karyerasının ilkin mərhələsində olan hüquqşünaslara öz sahələrində tanınmış və təcrübəli mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, onların bilik və təcrübəsindən faydalanmaq, nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək və karyera inkişafı istiqamətində fərdi mentorluq dəstəyi almaq imkanı yaradır.
2026-cı ilin sentyabr ayından 2027-ci ilin fevral ayınadək davam edəcək proqram çərçivəsində görüşlər ayda ən azı bir dəfə, minimum 60 dəqiqə olmaqla onlayn, əyani və ya hibrid formatda keçiriləcək. İştirakçılar, həmçinin peşəkar şəbəkələrini genişləndirmək və hüquq sahəsində müxtəlif istiqamətlər üzrə karyera imkanları haqqında daha dolğun təsəvvür formalaşdırmaq imkanı əldə edəcəklər.
Proqramın mentorları:
LEGIS Mentorluq Proqramı iştirakçıları hüquq, arbitraj, dövlət qurumları ilə əlaqələr, enerji və korporativ idarəetmə daxil olmaqla müxtəlif istiqamətlərdə geniş peşəkar təcrübəyə malik mentorlarla görüşəcəklər.
Ətraflı məlumat üçün bio-daki linkə keçid edə bilərsiniz.
Fərid Şərifov,
gənc fəal
