Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı rayonunda müxtəlif sahələrdə uğur qazanan gənclərlə görüş keçirilib

       7 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlar, təhsilin digər sahələrində uğur qazanan şagirdlər və idman sahəsində nailiyyətlər əldə edən gənclərlə görüş keçirilib.

        

    "Arributinfo.a," xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin rəhbərliyi, aidiyyəti qurumların məsul əməkdaşları, müəllimlər, valideynlər və uğur qazanmış gənclər iştirak ediblər.

        Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ölkəmizdə təhsil və idmanın inkişafına, gənclərin hərtərəfli formalaşmasına və onların potensialının üzə çıxarılmasına göstərilən diqqət və qayğıdan danışıb.

    Rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, gənclərin təhsil, elm, idman və digər sahələrdə uğur qazanmaları üçün ölkəmizdə geniş imkanlar yaradılıb.

        Elmir Bağırov yüksək nəticə göstərən məzun, şagird və gəncləri təbrik edərək, onların nailiyyətlərinin rayon üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bu uğurlarda müəllim və valideynlərin əməyini xüsusi qeyd edən rayon rəhbəri gənclərə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

        Daha sonra çıxış edənlər təhsil və idman sahəsində əldə olunan uğurlardan, gənclərin inkişafı üçün yaradılan imkanlardan danışıblar.

    Tədbirin sonunda uğur qazanmış məzun, şagird və gənclər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.

        Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ