28 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə Kijəbə qəsəbə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Kijəbə qəsəbə ərazi partiya təşkilatının sədri, Kijəbə qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Təbrizə Rəsulova, Əməkdar müəllim Azər Kişiyev, Əhliman Müqəddəsov və Nuranə Rəsulova Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, partiya üzvlərinin məsuliyyəti və ideoloji işin gücləndirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, qarşıda duran vəzifələr və onların həyata keçirilməsi istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparılıb.
Bəradər
"Atributinfo.az"
