![]()
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.
"Atributinfo.az" xəbər verir ki, Qax rayonu Zəyəm kəndində növbəti görüş keçirildi. Zəyəm və Lələli kənd ərazi partiya təşkilatlarının üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayı, VII Qurultayda qarşımıza qoyulan vəzifələrin icrası vəziyyəti və keçən dövrdə görülən işlərin müsbət dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etsə də, əsas diqqət əlbəttə ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin nitqinin ətrafında birləşdi. Belə ki, istər daxili, istərsə də xarici auditoriyanı maraqlandıran bir çox mövzulara toxunan cənab Prezident İlham Əliyev ölkəmizin aktual problemlərindən və bu problemlərin həll yollarından, həmçinin biz, YAP üzvlərinin üzərinə düşən vəzifələrdən söz açdı. Prezident İlham Əliyevin bu çıxışı ölkəmizin indidən sonrakı periodda milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca sərhədlərini müəyyənləşdirdi. Çıxışda səsləndirilən tezislərin cəmiyyət və dövlət, həmçinin siyasi və sosial qruplar üçün mühüm yol xəritəsi olduğu vurğulanıb.
YAP Qax rayon təşkilatı Zəyəm kənd ərazi partiya təşkilatının sədri Rövşən Salamov, Lələli kənd ərazi partiya təşkilatının sədri Hüseyin Abdullayev öz çıxışlarında qeyd etdilər ki, Prezident İlham Əliyevin çıxışında irəli sürülən məsələlərin yalnız cari siyasi proseslərin deyil, Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərinin təhlili baxımından da mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyətli vəzifədə biz də məsuliyyətimizi dərk edir və bütün gücümüzlə fəaliyyətimizi cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi tezislər doğrultusunda quracayıq.
Bəradər,
Zahir
"Atributinfo.az"
![]()
