Sizin reklam burada
Sizin reklam burada
  • YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov təltif olunub


    Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə U15 yaş qrupu arasında Astara rayonunun açıq turnirinin keçirilməsinə göstərdiyi dəstəyə görə Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev tərəfindən təşəkkürnamə və simvolik olaraq medalla təltif olunub.


    "Atributinfo.az" xəbər verir ki, gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği, istedadlı idmançıların yetişdirilməsi və şəhidlərimizin əziz xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.

    İdman ictimaiyyəti ilə əməkdaşlıq, gənclərə dəstək və milli-mənəvi dəyərlərimizin qorunması hər zaman təqdirəlayiqdir.

    Həbib müəllimi bu təltif münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ