"Atributinfo.az" xəbər verir ki, öncə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi sükutla yad edilmişdir.
Çıxış edənlər bildirmişlər ki; 15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlət müstəqilliyimizin qorunub saxlanılması və ölkənin sabit inkişaf yoluna qədəm qoymasının əsasını qoyan tarixi gündür. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyə qarşı təhdidlərin qarşısı alındı. Milli Qurtuluş Günü Azərbaycan dövlətinin xilası, milli birliyin bərpası və sabitliyin təmin olunmasının rəmzidir. Məhz bu gündən etibarən ölkəmizdə dövlət quruculuğu prosesinə yeni nəfəs verildi, iqtisadi və siyasi islahatların əsası qoyuldu, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi. Bu gün Azərbaycan xalqı 15 İyun Milli Qurtuluş Gününü dərin ehtiramla qeyd edir, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini minnətdarlıqla yad edir və müstəqil Azərbaycanın inkişafı naminə göstərilən xidmətləri yüksək qiymətləndirir. Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və güclü dövlətçilik ideallarının təntənəsidir.
Bəradər Səməndərli
"Atributinfo.az"
