Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq Forumda

    Beynəlxalq Forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 18-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.
    Komitə sədri səfər zamanı Avro-Aralıq Dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının Mərakeş İqtisadi Parlament Forumunda iştirak edəcək.
    Tədbirdə region ölkələri arasında iqtisadi inteqrasiya, süni intellektə investisiya qoyuluşunun təşviqi, Avropa-Aralıq dənizi və Körfəz süni intellekt mərkəzinin yaradılması, mavi iqtisadiyyat vasitəsilə məşğulluğun stimullaşdırılması, KOB-lar və startaplar innovasiya və gənclərin məşğulluğunun hərəkətverici qüvvəsi kimi, iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirlərinin həlli məsələləri müzakirə olunacaq.
    Səfər iyunun 22-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ