Sizin reklam burada
Sizin reklam burada
  • "Şuşa bu gün yalnız Azərbaycanın tarixi və mədəniyyət beşiyi deyil, həm də beynəlxalq dialoq, qarşılıqlı etimad və əməkdaşlıq məkanı kimi çıxış edir"- Cavanşir Paşazadə

    "Ötən gün - 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə müxtəlif ölkələrdən olan siyasətçilər, ekspertlər və ictimai xadimlər regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə etdirlər."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. O, əlavə edib ki, Şuşa bu gün yalnız Azərbaycanın tarixi və mədəniyyət beşiyi deyil, həm də beynəlxalq dialoq, qarşılıqlı etimad və əməkdaşlıq məkanı kimi çıxış edir:

    "Azərbaycanın təşəbbüsləri regionda dayanıqlı sülhün təmin olunmasına, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və Cənubi Qafqazın inkişafına mühüm töhfə verir.

    Konfrans iştirakçıları üçün Şuşadan verilən əsas mesaj aydındır: bölgənin gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, təhlükəsizlikdə və birgə inkişafdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sabitlik və tərəqqi üçün möhkəm zəmin formalaşdırır."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ