Avstriya millisi İordaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avstriya komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 21-ci dəqiqədə Romano Şmid açıb. İordaniya yığması fasilədən sonra Ali İyad Olvanın qolu ilə tarazlığı bərpa etsə də, 76-cı dəqiqədə Yazan Əl-Ərəb avtoqola imza ataraq komandasını çətin vəziyyətə salıb. Matçın sonlarında isə Marko Arnautoviç penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.
