Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm mesajlar

    "15 iyun – Milli Qurtuluş Günü münasibətilə Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdik."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Müşfiq Məmmədli deyib.
    Deputat qeyd edib ki,
    müxtəlif ölkələrdən siyasi partiyaların, parlamentlərin və diplomatik korpusun nümayəndələri iştirak edərək regional təhlükəsizlik, sülh quruculuğu, iqtisadi əməkdaşlıq və postmünaqişə dövründə yenidənqurma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    "Konfransda, həmçinin Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlığın genişləndirilməsi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm mesajlar səsləndirilib."- Müşfiq Məmmədli deyib.

    Bəradər
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ