Sizin reklam burada
Sizin reklam burada
  • Əziz Səncər - 80

    Əziz Səncərin həyat yolu zəhmətin, əzmkarlığın, elmə sədaqətin və böyük məqsədlərə inamın nümunəsidir


    Azərbaycan Milli Elmlər Akademiyasında Nobel Mükafatı laureatı, görkəmli tibb alimi, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş elmi- praktik konfransda iştirak və çıxış etdim. 

    Konfransda qeyd olundu ki, Əziz Səncər – elmi nailiyyətləri ilə yalnız Türkiyənin deyil, bütün türk dünyasının adını dünya elminin ən yüksək zirvələrinə yüksəldən böyük şəxsiyyətdir.

    Professor Əziz Səncərin tədqiqatları və aldığı nəticələr sayəsində bu gün biz xərçəngin, genetik xəstəliklərin və digər ağır xəstəliklərin müalicəsində böyük irəliləyişlərin şahidiyik.

    DNT-nin bərpası mexanizmlərinin daha dərindən öyrənilməsi gələcəkdə xəstəliklərin daha erkən aşkarlanmasına, fərdiləşdirilmiş müalicəyə və daha effektiv dərmanların hazırlanmasına yeni imkanlar yaradacaqdır.

    Əziz Səncərin həyat yolu zəhmətin, əzmkarlığın, elmə sədaqətin və böyük məqsədlərə inamın nümunəsidir. O, gənclərə göstərdi ki, dünyanın istənilən yerindən çıxan istedadlı və məqsədyönlü insan dünya elminin inkişafına öz töhfəsini verə bilər.

    Əziz Səncər Azərbaycan gəncləri üçün də böyük bir örnəkdir. Onun fəaliyyəti göstərir ki, elmə qoyulan sərmayə yalnız bir alimin deyil, bütövlükdə cəmiyyətin və gələcək nəsillərin qazancıdır. Azərbaycan xalqı professor Əziz Səncəri çox sevir və onun elmi nailiyyətlərinə böyük dəyər verir. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Professor Əziz Səncərin “Şöhrət Ordeni” ilə təltif olunması onun şəxsiyyətinə və elminə verilən böyük qiymətin ifadəsidir.


    Akademiyanın prezidenti hörmətli akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən bu konfrans yüksək səviyyədə təşkil olunmuşdu və professor Əziz Səncərin də ABŞ-dan onlayn olaraq konfransda  çıxış etməsi tədbirin dəyərini daha da yüksəltmiş oldu.

    Konfransın sonunda bu ilki "Əziz Səncər" mükafatı akademik İradə Hüseynovaya, professor Ədalət Muradova və mənə təqdim olundu.

     Bu əlamətdar tədbirin yüksək səviyyədə təşkil edilməsinə və şəxsimə göstərilən yüksək diqqətə görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə minnətdarlığımı bildirirəm.


    Musa Urud 

    millət vəkili





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ