"Günümüzdə beynəlxalq miqyasda mövcud olan ən ciddi problemlərdən biri sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar və onların praktiki icrasında yaranan boşluqdur. Bunun ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası istiqamətində işğal dövründə heç bir addımın atılmamasıdır".
Bunları Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı BMT 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək işğal edilmiş ərazilər və hərbi əməliyyatlarla bağlı mühüm tələblər irəli sürürdü:
"Lakin bu qərarların uzun müddət icra olunmaması beynəlxalq hüququn tətbiqində siyasi iradənin və effektiv mexanizmlərin nə qədər vacib olduğunu göstərdi. Nəhayət, Azərbaycan təkbaşına həmin qətnamələri icra etmiş oldu. Bu baxımdan hesab edirəm ki, BMT-nin fəaliyyəti, onun qəbul etdiyi ayrı-ayrı qərarların icrasına nəzarəti gücləndirən, həmin qərarları icra etməməyə görə məsuliyyəti müəyyənləşdirən nəzarət mexanizmlərinin işləməsi vacibdir. Əks halda, cəzasızlıq, beynəlxalq hüquq normalarının işləməməsi yeni münaqişələr riskini artıracaq. Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi, onların obyektiv və effektiv şəkildə icra olunaraq təmin edilməsi başlıca şərtdir".
Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi başlıca şərtdir
Siyasət
- Bugün, 12:56
- 0
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
12:56
Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi başlıca şərtdir
-
10:25
“Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub
-
10:25
Fərhad Xəlilov: İncəsənətimizin inkişafına töhfə vermək mənim üçün xüsusi əhəmiyyət daşıyır
-
10:24
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir
-
10:24
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub
-
10:23
UKMTO: İraq sahillərində tankerdə yanğın baş verib
-
10:23
Karmen Elena Çırnu: Azərbaycanla Rumıniyanın kiberdiplomatiya sahəsində əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar var
-
10:23
Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq dağ-mədən və metallurgiya forumunda iştirak edəcək
-
10:22
Moskvada dünya qaz bazarının geosiyasi çağırışları müzakirə olunacaq
-
10:22
“Barselona”nın sabiq futbolçusu Samuel Etoo Bakıya gəlib
-
10:22
Vaqif Sadıqov: Dünya çempionatı futbolçularımız üçün Avropaya çıxış baxımından tramplindir
-
10:21
“Araz-Naxçıvan”ın baş məşqçisi: Sona qədər mübarizə aparacağıq
-
10:21
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
-
10:21
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub
-
10:21
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
-
23:29
Ədliyyə nazirinin müavini videoqəbul keçirib
-
21:47
İNZİBATİ CƏRİMƏNİN YENİ MODELİ: GƏLİRƏ UYĞUN, SOSİAL ƏDALƏTLİ VƏ DAVRANIŞYÖNÜMLÜ YANAŞMA
-
20:24
YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.
-
16:37
Astarada Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib
-
16:35
Milli Məclisdə Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr edilmiş tədbir keçirilib
-
16:34
Bakı-İrəvan sülh prosesi: hansı addımlar atılmalıdır?
