Sizin reklam burada
Sizin reklam burada
  • YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.

    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.


    "Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının növbəti görüşü Qax rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir. Mədəniyyət, incəsənət ərazi partiya təşkilatı üzvlərinin və Qax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

    Görüşdə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək qeyd etdi ki, 2 oktyabr 2026-cı il tarixdə Bakı şəhərində keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı bir çox məqamları illə yadda qalan oldu. Xüsusilə cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin çıxışı sadəcə ölkəmizin ictimaiyyəti tərəfindən deyil, həm də beynəlxalq siyasi dairələr tərəfindən də maraqla qarşılandı. Bu nitqin əks sədası artıq uzun müddətdir ki, regionumuzun siyasi həyatının müzakirə mərkəzinə çevrilmiş bir hadisə kimi unudulmur, analiz edilir. 

    Həmçinin görüşdə müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması, informasiya təxribatlarına qarşı düzgün mövqe sərgilənməsi və gənclərin milli dəyərlər əsasında maarifləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin icrası partiya üzvlərinin məqsədyönlü fəaliyyəti, təşəbbüskarlığı və cəmiyyətlə davamlı əlaqələrinin gücləndirilməsi ilə sıx bağlıdır. Bu istiqamətdə işlərin ardıcıl şəkildə davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Qax rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova, Qax rayonu Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova, Qax İncəsənət məktəbinin direktor müavini Samirə Şahmurova çıxışlarında YAP-ın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən əsas hədəflərdən və partiyanın qarşısında duran vəzifələrdən bəhs ediblər. Onlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və partiya üzvlərinin qarşısında duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ