Sizin reklam burada
Sizin reklam burada
  • Daha bir yolayrıcında işıqforlar quraşdırılıb


    Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq işıqforlarla tənzimlənir.

    Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol kəsişməsində 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb.

    Görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin olunub, qəza riski aradan qaldırılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ