“Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərlə çıxış etməsi təsadüfi deyil. Ölkəmizin coğrafi mövqeyi, tarixən müxtəlif sivilizasiyaların təmas məkanında yerləşməsi və fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsi əsrlər boyu özünəməxsus ictimai ənənələrin formalaşmasına şərait yaradıb. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub” fikri bu tarixi reallığın mahiyyətini ifadə edir. Burada söhbət yalnız coğrafi mövqedən getmir. Mədəniyyət körpüsü olmaq müxtəlif dünyagörüşlərinin, adət-ənənələrin və mənəvi dəyərlərin bir-birini tanımasına, qarşılıqlı təsir göstərməsinə imkan yaratmaq deməkdir. Azərbaycanın tarixində bu təmaslar ölkənin mədəni zənginliyinin formalaşmasında mühüm rol oynayıb.”
Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili bildirib ki, müasir dövrdə Azərbaycanın öz təcrübəsini beynəlxalq əməkdaşlıq müstəvisinə çıxarması xüsusi əhəmiyyət daşıyır: “Dövlət başçısının qeyd etditi kimi, bu gün mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyin əsas hissəsini tutur və bu istiqamət Azərbaycanın beynəlxalq fəaliyyətindəki yerini aydın göstərir. Dünyada fərqli mədəniyyətlərə münasibətin bəzən siyasi qarşıdurmaların təsiri altında gərginləşdiyi bir vaxtda qarşılıqlı anlaşmanın təşviqi daha geniş məna kəsb edir. Belə şəraitdə Azərbaycanın tarixi təcrübəsinin beynəlxalq müzakirələrə təqdim olunması müxtəlif cəmiyyətlərin bir-birini daha yaxşı anlamasına xidmət edə bilər. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas əhəmiyyəti də bu tarixi təcrübəni müasir dünyanın çağırışları ilə əlaqələndirmək, dialoqun imkanlarını genişləndirmək və ortaq maraqların müəyyənləşdirilməsinə şərait yaratmaqdır. Mədəniyyətlərarası münasibətlərin davamlılığı yalnız tarixi irslə deyil, həmin irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə də bağlıdır. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların bərabərhüquqlu münasibətlər şəraitində yaşaması ictimai etimadın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk” fikri bu məsələyə tarixi davamlılıq prizmasından yanaşmanı əks etdirir. Dövlət başçısının Azərbaycanın inkişafı ilə cəmiyyətdəki ahəngdarlıq arasında əlaqə yaratması da diqqətəlayiqdir. Həqiqətən də uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır. Bu yanaşma mədəni müxtəlifliyin yalnız qorunmalı mənəvi dəyər deyil, həm də ictimai münasibətlərin möhkəmlənməsinə təsir göstərən amil kimi nəzərdən keçirilməsini tələb edir. Eyni zamanda, müxtəlifliyin qorunması özlüyündə bütün problemlərin həlli demək deyil; qarşılıqlı hörmətin gündəlik həyatda, təhsildə, ictimai ünsiyyətdə və dövlət-cəmiyyət münasibətlərində davamlı şəkildə möhkəmləndirilməsi vacibdir. Bakı Forumunun beynəlxalq əhəmiyyəti də bu məsələlərin açıq müzakirəsinə, fərqli təcrübələrin müqayisəsinə və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaratmasındadır. Azərbaycan öz tarixi və müasir təcrübəsini təqdim etməklə mədəniyyətlər arasında anlaşmanın inkişafına töhfə verməyə çalışır. Bu baxımdan ölkəmizin Avropa ilə Asiya arasında tarixən formalaşmış əlaqələndirici mövqeyi bu gün də aktuallığını saxlayır. Tarixi irsin müasir təşəbbüslərlə birləşdirilməsi isə mədəniyyətlərarası dialoqun yalnız tədbir çərçivəsində deyil, beynəlxalq münasibətlərin gündəlik praktikasında da inkişaf etdirilməsi üçün imkanlar yaradır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”
Siyasət
- Bugün, 20:09
- 4
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
20:20
Bəradər Səməndərli POEZİYASI
-
20:13
«Принятие многочисленных документов не меняет ситуацию к лучшему» - Гудрат Гасангулиев
-
20:11
İslam həmrəyliyindən qlobal tərəfdaşlığa: Azərbaycanın İslam dünyasında artan
-
20:09
Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”
-
19:28
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam edir
-
19:25
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam edir
-
19:23
Rüxsarə Atayeva: Vətənpərvərlik ruhunun gücləndirilməsi və ideoloji dayanıqlığın təminatı
-
19:20
Ölkədə daxili risklər yoxdur, təhlükələr kənardan gəlir -Deputat
-
19:19
Milli Məclisin 2026-cı il 30 oktyabr tarixli iclasının gündəliyi
-
18:00
Tehranda böyük geosiyasi oyun: ABŞ, İsrail və regional güclərin gizli hesabları
-
17:55
Siyakü kəndində YAP-ın VIII Qurultayından irəli gələn məsələlər müzakirə olunub
-
17:51
Zaqatalada gənclərin iqtisadi maarifləndirilməsi istiqamətində tədbirlər keçirilib
-
17:47
Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib
-
16:23
Milli Məclisin iclasında
-
12:56
Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi başlıca şərtdir
-
10:25
“Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub
-
10:25
Fərhad Xəlilov: İncəsənətimizin inkişafına töhfə vermək mənim üçün xüsusi əhəmiyyət daşıyır
-
10:24
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir
-
10:24
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub
-
10:23
UKMTO: İraq sahillərində tankerdə yanğın baş verib
-
10:23
Karmen Elena Çırnu: Azərbaycanla Rumıniyanın kiberdiplomatiya sahəsində əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar var
