Bəradər Səməndərli
DÜNYANIN
Çiçəklər quraqlıq olanda solur,
Çiskinli havada duman da olur.
Bir yandan boşalır, bir yandan dolur,
Əzəldən qaydası budur dünyanın.
Gör kimlər çəkirlər dağı ormana?
Baltanın sapıdır yağı ormana.
Torpağı, dərəsi, dağı bir yana,
Böyük bir hissəsi sudur dünyanın.
Cəsəd okeandı, ruh isə ada,
Bir gün okeanı tərk edir o da.
Torpaqla, su ilə qidalansa da,
İnsanlar havasın udur dünyanın.
Ələkdən keçirir yaxşı-yamanı,
Fələkdən gözləmə sonda amanı.
Dünyadan bezənlər, ölüm zamanı,
Yenə ətəyindən tutur dünyanın.
İlahi "Ol!" deyib, olanı qurdu,
Üzundə yox eyib, O, böyük nurdu.
Bəradər, yaranış özü düsturdu,
Sahibi, yiyəsi Odur dünyanın.
MEYDAN SULAYIR ŞEYTANLAR
Duman alıb yolu, izi,
Zamanınmı dönüb üzü?
Tanrım, özün qoru bizi,
İnsana bənzər şeytandan.
Quyruq bulayır nadanlar,
Meydan sulayır şeytanlar.
Səbəb nədir ki, insanlar,
Dönürlər əhdi-peymandan?
Yaxşı insanlara nəsə,
Rəhmət oxunmur, ölməsə.
Dünya qalmayıb heç kəsə,
Ta, bu yana Suleymandan.
Hərə bir cür ömür sürür,
Şərə bu gün Xeyir gülür.
İt dayanır, küçük hürür,
Baş açmıram bu dövrandan.
Suyu bulaqdan çay umur,
Çoxu qonaqdan pay umur.
Meşədə çaqqal yayınır,
Aslan verdiyi fərmandan.
Xeyirxahlar köcür, gedir,
Haqq dunyasın seçir, gedir.
Qartallar da uçur, gedir,
Şisman qayadan, ormandan.
Bəradər, buyur meydana,
Gör, kimlər uyur şeytana.
İşıq düşmür o eyvana,
İndi daha bu eyvandan.
ÜZDƏ GÜLÜB, DALDA AYAQ QAZANLAR
Saxta tərif yağdırmayın üstümə,
Üzdə gulüb, dalda ayaq qazanlar.
Zaman-zaman köpünüzü alırlar,
Yersiz-yersiz buğlananlar, daşanlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
Dünyamızı çalpalayır qovğalar,
At oynadır üstümüzə darğalar.
Kamil insan gözəllikdən zövq alar,
Ürək duyar, könül oxşar, baş anlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
Qarşıdadı yolun eniş-yoxuşu,
Qarşılarsız həm baharı, həm qışı.
Üstünüzə yağır lənət yağışı,
Nə bilərsiz nə deməkdi xoş anlar,
Üzdə gülüb dalda ayaq qazanlar.
Gedən gəlmir, gələn gedir, nədəndi?
Can evimiz bir quruca bədəndi.
Torpaq bizə həm məzar, həm Vətəndi,
Sonda torpağınsız torpaq satanlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
Səməndərli nə yorursan özünü?
Kül içində qovurursan közünü.
Daşa, divara deyirsən sözünü,
Bizdən deyil büdrəyənlər, çaşanlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
ÜZDƏ GÜLÜB, DALDA AYAQ QAZANLAR
Saxta tərif yağdırmayın üstümə,
Üzdə gulüb, dalda ayaq qazanlar.
Zaman-zaman köpünüzü alırlar,
Yersiz-yersiz buğlananlar, daşanlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
Dünyamızı çalpalayır qovğalar,
At oynadır üstümüzə darğalar.
Kamil insan gözəllikdən zövq alar,
Ürək duyar, könül oxşar, baş anlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
Qarşıdadı yolun eniş-yoxuşu,
Qarşılarsız həm baharı, həm qışı.
Üstünüzə yağır lənət yağışı,
Nə bilərsiz nə deməkdi xoş anlar,
Üzdə gülüb dalda ayaq qazanlar.
Gedən gəlmir, gələn gedir, nədəndi?
Can evimiz bir quruca bədəndi.
Torpaq bizə həm məzar, həm Vətəndi,
Sonda torpağınsız torpaq satanlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
Səməndərli nə yorursan özünü?
Kül içində qovurursan közünü.
Daşa, divara deyirsən sözünü,
Bizdən deyil büdrəyənlər, çaşanlar,
Üzdə gülüb, dalda ayaq qazanlar.
