Sizin reklam burada
Sizin reklam burada
  • “Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu artırıb



    ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neft qiymətləri ilə bağlı proqnozunu artırıb.

    Bank Yaxın Şərqdə dəniz nəqliyyatında fasilələrin gələn ilədək davam edəcəyi ilə bağlı yeni fərziyyəsinə əsaslanaraq, cari ilin dekabr ayı və 2027-ci il üçün neftin qiyməti proqnozlarını 5 dollar artırıb.

    Belə ki, “Brent” markalı xam neftin bir barelinin qiymətinin dekabrda 85 dollar, gələn il isə 80 dollar olacağı proqnozlaşdırılır. “Light” markalı xam neftin qiymətinin isə qeyd edilən dövrlərdə müvafiq olaraq 80 dollar və 75 dollar olacağı gözlənilir. Bu göstəricilər bankın əvvəlki proqnozlarından 5 dollar çoxdur.

    Qiymət proqnozlarının məhdud artımının səbəbi isə müharibənin başlanğıcından bəri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə kommersiya quru neft ehtiyatlarının çox az geriləməsinir. Bu, bazarda təklif kəsirinin gözləniləndən az olduğunu göstərir.

    Analitiklər dəniz nəqliyyatında fasilələr davam etsə belə, Yaxın Şərqdən neft tədarükünün yeni şərtlərə uyğunlaşacağını gözləyirlər. Buraya "qaranlıq daşımalar"ın artması və 2027-ci ilin sonuna qədər yeni boru kəmərlərinin istifadəyə verilməsi daxildir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ