Sizin reklam burada
Sizin reklam burada
  • Sabunçu Tibb Mərkəzində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

    Tədbirdə tabeli tibb müəssisələrinin rəhbərləri, eləcə də Sabunçu Tibb Mərkəzinin həkimləri, tibb bacıları və ümumilikdə bütün inzibati və tibbi heyət iştirak edib.

    "Atributinfo.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir çərçivəsində həkimlərin həmrəyliyindən, onların yalnız xəstəxana divarları daxilində deyil, eyni zamanda ön cəbhədə də fədakarlıqla xidmət göstərməsindən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda tibb işçilərinin hər zaman insan sağlamlığı uğrunda birlik nümayiş etdirməsi xüsusi vurğulanıb.

    Bundan əlavə, Ümummilli lider Heydər Əliyevin tibb işçilərinə verdiyi yüksək dəyəri əks etdirən videoçarx da təqdim edilib.

    Daha sonra Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, bu peşənin nə qədər məsuliyyətli, şərəfli və eyni zamanda böyük fədakarlıq tələb edən sahə olduğunu qeyd edib.

    Tədbirdə çıxış edənlər arasında Sabunçu Tibb Mərkəzinin professoru Nazim Qasımov, Mərkəzin cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev, eləcə də tabeli tibb müəssisələrinin rəhbərləri və mərkəzin həkimləri yer alıblar.

    Sonda isə bir qrup tibb işçisi göstərdikləri nümunəvi fəaliyyətə və səmərəli xidmətlərinə görə təşəkkürnamə ilə təltif olunub.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"


















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ