Belə ki, müharibə zamanı onlar səngərlərdə döyüşçülərlə bərabər olur, yaralılara ilkin xidmətlər göstərirlər və böyük təcrübə toplayırlar. Böyük Vətən müharibəsindən və yaxud 1941-1945-ci illərdə olan müharibədən danışmırıq. Faktiki odur ki, 44 günlük müharibədə və yaxud Birinci Qarabağ müharibəsində neçə-neçə tibb bacıları öz fədakarlıqlarını göstərmişdir. Bundan əvvəl COVID-19 mövcud olduğu illərdə tibb bacıları həyatlarını riskə ataraq daimi xəstələrin yanında olmuş, onlara köməklik göstərmişdilər. Bu sahədə Xəzər Rayon Mərkəzi Xəstəxanasının işçiləri xüsusilə fərqlənmişdir. O tibb bacılarından biri də Kərimova Leyladır.
Leyla xanım 1990-cı ildə əmək fəaliyyətinə başlamış, işlədiyi müddətdə daimi pasiyentlər arasında dərin hörmət qazanmışdır. Həmin 44 günlük müharibədə və yaxud COVID-19-un dövran etdiyi dövrdə o, xüsusilə fərqlənmişdir. Qarşıdan onların peşə bayramı - Tibb İşçiləri Günü gəlir. Bu münasibətlə tibb işçilərini təbrik edirik. Xəzər Rayon Mərkəzi Xəstəxanasının bütün işçilərini və eyni zamanda Leyla xanımı təbrik edir, onların işlərində uğurlar və sağlam həyat arzu edirik.
Qiyam Əsədoğlu
