Bunu Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev özünün feysbuk səhifəsində paylaşıb.
Deputat paylaşımda bildirib ki, İsraili “qardaş” adlandırmağım da məhz bu kontekstdən irəli gəlirdi. Bu, hansısa emosional və ya birtərəfli yanaşma deyil, konkret reallıqlara əsaslanan ifadə idi. Qarabağ müharibəsində Azərbaycanın haqq işində bizə dəstək verən, texnologiya və müdafiə sahəsində əməkdaşlıq edən ölkələrdən biri də İsrail olub. Yəni bu ifadə münasibətlərin məntiqi nəticəsi idi. Yəni, çətin gündə yanında olanı qiymətləndirmək prinsipidir.
Amma bu gün baş verən hadisələri götürüb, illər əvvəl deyilmiş fikirləri məntiqi ardıcıllığından çıxarıb mənim əleyhimə istifadə etmək nə ədalətlidir, nə də vicdanlı yanaşmadır. Mən heç vaxt mülki insanların məşəqqətini, həlak edilməsini, bombalanmasını harada baş verməsindən asılı olmayaraq, qəbul etməmişəm. Fələstində, Livanda, İranda və ya dünyanın istənilən yerində günahsız insanların həyatını itirməsi hamımızı üzməlidir və məni də çox üzür:
"Faktları bilərəkdən təhrif edənlərə açıq deyirəm: bu, nə prinsipdir, nə də obyektiv mövqe. Bu, sadəcə manipulyasiya cəhdidir. Mənim dediklərim aydındır və məntiqi ardıcıllıqla oxunsa, hər şey yerinə düşür. Azərbaycanın maraqlarını müdafiə etmək ayrı məsələdir, insan həyatına hörmət isə bundan da üstün dəyərdir. Bu ikisini qarışdırmaq və ya qarşı-qarşıya qoymaq isə ya savadsızlıqdır, ya da qəsd.
Mən dünən də Azərbaycanın maraqlarını müdafiə etmişəm, bu gün də edirəm və bunu heç kimin sifarişi ilə dəyişəcək deyiləm."- Razı Nurullayev paylaşimda qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
