Sizin reklam burada
Sizin reklam burada
  • "Əminəm ki, birlikdə daha yaxşı nəticələrə nail olacağıq"- Məşhur Məmmədov

    Deputatdan vətəndaşlarla növbəti görüş

    Mill Məclisin deputatı Məşhur Məmmədov ənənə sadiq qalaraq bu gün seçiciləri ilə növbəti görüşünü keçirib.

    "Atributinfo.az" xəbər verir ki, görüş fərdi müraciətlər formatında deyil, geniş tərkibdə təşkil olunub və seçiciləri maraqlandıran, narahat edən məsələləri birgə müzakirə etmək imkanı əldə edilib.

    Qeyd edək ki, görüşdə səsləndirilən təkliflər, fikir və rəylər millət vəkili tərəfindən dinlənilib. Vətəndaşların gündəlik həyatına təsir edən məsələlər, sosial problemlər və inkişafla bağlı gözləntilər görüşün əsas mövzuları olub.

    Gorüşə qatılan saytmızın əməkdaşına açıqlamasında deputat:
    "Seçicilərimlə birbaşa ünsiyyət mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyır. Çünki insanların fikirlərini yerində dinləmək, onların ehtiyaclarını daha yaxından öyrənmək və həlli istiqamətində addımlar atmaq fəaliyyətimizin əsas prioritetlərindəndir

    Səmimi söhbətə və fəal iştiraka görə hər bir vətəndaşa təşəkkür edərək, qaldırılan məsələlərin diqqətdə saxlanılacağını bildirdim. Əminəm ki, birlikdə daha yaxşı nəticələrə nail olacağıq", deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ