Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırkı epidemiya zamanı virusa yoluxanların sayı 598 nəfərə yüksəlib. Xəstəxanalarda 297 xəstə müalicə olunur, ölüm göstəricisi isə 19,2 faiz təşkil edir.
Epidemiya İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərindəki 25 rayonu əhatə edir. Səlahiyyətlilər yoluxmuş şəxslərlə təmasda olanların müəyyənləşdirilməsi və izlənməsi işlərini davam etdirirlər.
Mayın 15-də KDR və Uqandada başlayan epidemiya ilə bağlı mütəxəssislər onun son onilliklərin ən böyük və ölümcül “Ebola” ocaqlarından birinə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.
