Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Trampla müsahibəyə istinadla məlumat yayıb.
ABŞ lideri hadisənin “o qədər də böyük məsələ olmadığını” bildirib və pilotun xəsarət almadığını vurğulayıb. O, həmçinin Vaşinqtonun İranın dəniz blokadasını lazım olduğu müddətdə davam etdirəcəyini qeyd edib.
Nəşrin məlumatına görə, Tramp daha əvvəl köməkçilərinə Amerika hərbçilərinin həlak olması halında İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalını nəzərdən keçirməyi tapşırsa da, hazırda genişmiqyaslı bombardmanların yenidən başlanmasını istəmir.
