Sizin reklam burada
Sizin reklam burada
  • Xızıda “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması keçirilib

    09 iyun 2026-cı il tarixində Xızı rayonunda ”Şəhərsalma və Memarlıq İli” çərçivəsində “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması keçirilib.
    Yarış Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatı və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xızı rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
    Tədbirdə Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xızı rayon Komitəsinin sədri Şahin Musayev və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəsi Mönsüm Bağırov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sabitliyin və inkişafın təmin olunmasında tarixi rolundan bəhs ediblər.
    Çıxışlarda vurğulanıb ki, xalqımızın taleyində mühüm rol oynamış Milli Qurtuluş Gününün əhəmiyyətini bir daha xatırlamaq, gənclərdə dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və zəngin tariximizə marağı artırmaq bu cür maarifləndirici layihələrin əsas məqsədlərindəndir.
    İntellektual bilik yarışı üç seçim tur və final mərhələsindən ibarət olmaqla təşkil edilmişdir. Yarışda rayonun müxtəlif yaşayış məntəqələri , idarə, müəssisə və təşkilatları olmaqla ümumilikdə 18 komanda bilik və məntiq bacarıqlarını nümayiş etdirdilər.
    Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:
    I yerə “Yeni Yaşma” komandası,
    II yerə “Statistika” komandası,
    III yerə isə “Xızı şəhər” komandası layiq görülüb.
    Sonda qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunub, iştirakçılara isə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

    /atributinfo.az/




















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ