Bunu daim "atributinfo .az"a daim vətəndaşların yanında olan, onların qayğı və problemlərinin həllini fəaliyyətinin əsas istiqamətləri hesab edən Milli Məclisin deputatı, millət vəkili Məşhur Məmmədov deyib.
O, bildirib ki, qəbula gələnləri maraqlandıran, narahat edən məsələlərin ən qısa zamanda həllinə nail olmaq bizim üçün prioritetdir. Ona görə də hər dəfə qəbullarda köməkçilərlə yanaşı, rayonun səlahiyyətli şəxsləri də iştirak edir, səlahiyyətləri çərçivəsində olan məsələlərin həllinə dəstək olurlar:
"Bu dəfəki görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Qəşəm Hadıyev və "Masallı Təhsil Fondu"nun icraçı durektoru Hüseyn Hüseynov iştirak etdi. Qəbula yazılan bütün vətəndaşlar fərdi qəbul edilib dinlənildi.
Bəzi məsələlər yerində həll edildi, digərləri aidiyyatı üzrə yönləndirildi.
Görüşlərimiz davam edir."- millət vəkili deyib.
Bəradər
"Atributinfo.az"
