"Atributinfo.az" məlumat verir ki, tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan kolecin direktoru, professor Kamran Kazımov qeyd etdi ki, qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Məruzəçi - Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının sədri Həbib Cəfərov bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir və edəcək.
Kollecin tarix müəllimləri Elçin Mahmudov, Mətanət Ağazadə çıxış edərək qeyd etdilər ki, Astara Pedaqoji Kollecinin müəllim və tələbə kollektivi də ulu öndərimizin ideyalarına sadiq qalaraq yüksək elmi potensialla Azərbaycanın uğur və inkişaf strategiyasına öz töhfəsini verməyə çalışır. Heydər Əlliyevin siyasətini uğurla davam etdirən İlham Əliyev-in daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevri- ləcəyinə inanırlar. Ölməz, əbədi prezidentimizin siyasəti nəticəsində Azərbaycan dünya -ya bir günəş kimi doğdu. İllər keçəcək bu günəş sönməyəcəkdir. Çünki bu günəş öz hərarətini , öz enerjisini Heydər Əliyev dühasından almışdır.
Sonda Ümummlilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Bəradər Səməndərli
"Atributinfo.az"
