Sizin reklam burada
Sizin reklam burada
  • Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

    Futbolçulara təşəkkür edirəm. Son görüşdə qalib gəlmək istəyirdik.

    Bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marinoya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

    O, təlim-məşq toplanışında bütün oyunçuları izləmələrinin vacib olduğunu bildirib: "Millətlər Liqası oyunlarından əvvəl futbolçuları bir daha izləmək şansım oldu. Bu görüşdə də qol fürsətlərimiz çox idi. Standart vəziyyətlər yaralı yerimizdir. Bunun üzərində işləyəcəyik. İlk dəfə fərqli heyətlə oynadıq. Bu gün nəticə də bizim üçün önəmli idi".

    "İki oyunda qapımızda üç qol görmək bizi narahat edir. Hücumçu Renat Dadaşovun son oyunlardakı çıxışı məni sevindirir. Təəssüf ki, o, klubunda daimi olaraq şans tapmır", - deyə baş məşqçi qeyd edib.

    Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ