Sizin reklam burada
Sizin reklam burada
  • "Borçalı Cəmiyyəti" İctimai Birliyindən media işçilərinə bayram tədbiri

    i Bu gün bizim günümüzdür. Azərbaycanda Milli Mətbuatın yaranmasının 149-cu ildönumü.
    Bu münasibətlə "Borçalı Cəmiyyətinin sədri Ramiz Həsənov söz adamlarını-jurnalistləri bir araya toplayaraq bu gün təntənəli bayram tədbiri düzənlədi. Daim bu sahəyə həssas yanaşan Ramiz müəllimin bugünkü tədbirinə ölkənin tanınmış jurnalistləri, eləcə də sözügedən Cəmiyyətin idarə heyətinin üzvləri təşrif buyurmuşdu. Olduqca maraqlı, əhəmiyyətli keçən tədbirdə çıxış edənlər "Əkinçi" qəzeti ilə başlayan Milli Mətbuatın yaranma tarixindən bu yana keçdiyi enişli-yoxuşlu yolundan, xalqımızin, dövlətimizin inkisafı naminə xidmətlərindən danışdı, bu gunkü gerçəklik fonunda informasiya cəbhəsində davam etdirdiyi xidmətlərini, nailiyyətlərini dilə gətirdilər.
    Tədbirin sonunda " Borçalı Cəmiyyəti adından media təmsilçilərinə hədiyyələr təqdim edən Ramiz Həsənov bizlərə sözün işığında həqiqəti əks etdirməyi, informasiya cəbhəsində məğrur dayanmağı, daim ədalətli olmağı tövsiyə etdi.

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ