Sizin reklam burada
Sizin reklam burada
  • Daha 23 ailə Füzuli şəhərinə köçüb

    Atributinfo.az xəbər verir ki, bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.
    Bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.
    Evlərin açarları sakinlərə təqdim olunub.
    Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
    Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.
    Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ