Açıqlamada deyilir:
"Qanunvericilik normalarını gözləmədən, müvafiq dövlət qurumlarına müraciət etmədən vətəndaş özbaşına evinin zirzəmisində söküntü işləri apararkən hadisə baş verib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsində baş vermiş hadisəyə hüquqi qiymət veriləcəkdir.
Qanunvericiliyin tələblərinə riayət edilməklə tikinti işlərinin aparılması ilə bağlı şəhər əhalisinə bir daha xəbərdarlıq edilir".
Zahir Məmmədov
"Atributinfo.az"
