Bu fikirlər "atributinfo.az"-a açıqlamasında Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya Qəsəbə Nümayəndəliyində müavin İlkin Məmmədov sötləmişdir. O, əlavə etmişdir ki, bu gün Göygöl rayonu qurucu rəhbər əməyi və zəhməti ilə ucadan ucalara ucalır, daha parlaq gələcəyə inamla addımlayır:
"İndi Göygöldə sözü təkcə dəyişən zaman demir, həm də çiçəklənən məkanlar deyir. İşinin öhdəsindən layiqincə gələn, Dövlətimizə, Millətimizə, Dövlət Başçımız cənab İlham Əliyev və ölkənin Birinci xanımı hörmətli Mehriban Əliyevaya sadiq olan, özünə göstərilən etimadı öz gözəl işləri, mərhəmətli və xeyirxah olması, rayona və sakinlərə göstərdiyi sonsuz diqqət və qayğısı ilə layiqincə doğruldan Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Elvin Paşayev, siz ki, Şəhid ailələrinə, Qazilərə, müharibə iştirakçılarına və rayon sakinlərinə bu qədər diqqət göstərirsiniz, onların qayğıları ilə birbaşa özünüz maraqlanırsınız, onlar üçün yaxşı işlər görürsünüz qoy Allah sizdən milyon kərə razı olsun.
Cənab Prezidentimiz qeyd etdiyi kimi “Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.” Dövlət başçısının regionlara səfəri zamanı bölgələrin vəziyyəti ilə yaxından tanış olması və aparılan işlərə şəxsən nəzarət etməsi ölkə vətəndaşlarına olan diqqətin bariz nümunəsidir..."- İlkin Məmmədov demişdir
Bəradər
"Atributinfo.az"
