Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır.
"Atributinfo.az" xəbər verir ki, Göygöl rayonunda kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsi işini günün tələbləri səviyyəsində qurmuş, arxlarda və kanallarda 15 min m2 kol-koslardan təmizləmə işləri aparılmışdır. Boru kanallarda isə 2.0 km-dək hissədə cari təmir işləri başa çatdırılmışır. Həmçinin Xanlar və Ərəbli arxlarında da cari təmir işləri görülüb. Kürəkçay və Qoşqarçaydan mənbəyini götürən qapalı borularda korroziyaya uğramış və deşilmiş hissələri kəsilərək götürülüb, həmin yerlər yeni boru ilə əvəzlənərək qaynaq edilmişdir.
Zahir Məmmədov
"Atributinfo.az"
