Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayənsəsi arasında qalmaqal yaşanıb. Bu haqda məlumatı adını məxfi saxlayan rayon sakini "Atributinfo.az"-a bildirib. Sakinin sözlərinə görə davaya səbəb icra başçısının heysiyyata səbəb olan söyüşü söyməsi olub. Bunu eşidən şəhər icra nümayəndəsi Akif Vəliyev əsəblərinə hakim ola bilməyib və etiraz bildirib. İddiaya görə söz güləşi əlbəyaxa davaya çevrilib. Yaxınlıqdakı şəxslər onları sakitləşdirməyə çalışıblar. Bundan sonra Rəcəb Babaşov Akif Vəliyevə istefa ərizəsi yazdıraraq işdən uzaqlaşdırıb.Hadisənin 17.03.2023-cü il tarixdə baş verdiyi bildirilir. Nümayəndəlik əməkdaşlarının bildirdiyinə görə Akif Vəliyev ərizəsi alınarkən məzuniyyətdə olub. İcra hakimiyyətindən məsələ ilə bağlı fikir öyrənməyə çalışsaq da, aidiyyati şəxslər suallarımızı cavablandırmaqdan yayındılar.
"Atributinfo.az"
