Sizin reklam burada
Sizin reklam burada
  • Nə yaxşı ki, müstəqilik, güclüyük və həmrəyik!

    Əkbərli Ziya Elxan oğlu
    Xocavənd rayonu Muğanlı kənd ərazi nümayəndəsinin müavini

    Vətəndən 3000 km uzaqda tələbəlik illərimin unudulmaz xatirələri

    2014-cü il sentyabr ayının 27-si idi. Xocavənd rayonundan Muradxan, Sənan, mən və atam Qazaxıstanın Türkistan şəhərinə yola düşdük. Türkistanda hava limanı yox idi, bu səbəbdən ora yaxın bir şəhər olan Çimkənd şəhərinə təyyarə ilə getməli idik. Daha sonra Türkistana avtobus və ya taksilə davam edəcəkdik. Atam və biz 3 tələbə gənci xəbərimiz olmadan Çimkənd Hava limanında Azərbaycanlı gənclər qarşıladı. Bİzlə xoş söhbət etdilər. Hətta, gənclər özləri ilə Türkistan şəhərinə gedən bir mikroavtobus da gətirmişdilər. Beləcə onlarla həmin şəhərə yola düşdük...
    Həmin Azərbaycanlı gənclər bizi yataqxanaya yerləşdirdilər. Onlar atamı öz kirayə qaldıqları mənzildə üç gün qonaq etdilər və sonra Azərbaycana yola saldılar. Gənclərin diqqət və qayğısı bununla da bitmədi. Universitetə qeydiyyat üçün və Qazaxıstanda müvəqqəti yaşamaq üçün lazım olan sənədlərin hazırlanmasında bizə olduqca çox kömək etdilər. Halbuki, bunu etməyə də bilərdilər. Lakin bizə hər zaman söylədilkəri bir söz var idi: "Biz Azərbaycanlıyıq, sizə kömək etmək borcumuzdur. Bİz sizə kömək edirik, lakin siz də, buraya növbəti gələn Azərbaycanlılara kömək etməlisiniz!" Çox gözəl kəlamlar idi. Həmrəylik nədir, Vətən nədir, millər nədir, o zaman anladım. Bu gənc oğlanlar bizim ən pis və yaxşı günlərimizdə yanımızda oldular.
    Qazaxıstanda yaşamağımdan 1-2 il keçmişdi. Artıq kifayət qədər mühitə öyrəşmiş və Qazax dilini öyrənmişdim. Özüm və tələbə yoldaşlarımla qalmaq üçün kirayə ev axtarırdım. Şəhərin mərkəzinə yaxın, gözəl binada bir ev tapdım. Sahibi ilə (Qazax dilində) telefonla danışıb evə baxmağa getdim. Lakin ev sahibini görəndə təəccübləndim. Çünki nə Qazaxa, nə Özbəyə, nə də Qırğıza bənzəməsə də, mən onlarla Qazax dilində danışırdım. Elə bu zaman Azərbaycanda olan qohumlarımdan zəng gəldi və mən məcburi Azərbaycan dilində danışmağa başladım. Telefon danışığı bitdikdən sonra, ev sahibləri öz dilimiz- Azərbaycan dilində danışaraq, mənə sual verdilər. -Ayə, sən Azərbaycanlısan ?. Biraz duruxdum, dedim:
    -Hə, Azərbaycanlıyam. Dedilər: -Biz də Azəriyik. Bizim babamız 20-ci əsrin ortalarında buraya gəliblər və yaşayıblar.
    Çox qəribə hisslər keçirtdim. Bu insanlar mənimlə eyni dili danışırdılar (Xaricdə uzun müddət yaşayanlar bilər bu hissi). Elə bil öz doğma qohumlarımı görürdüm. Çox həyəcanlanmışdım. Sonra onlarla söhbət etməyə başladım və məlum oldu ki, onlar kimi burda yüzlərlə Azərbaycan əsilli insanlar var.
    Onların bəziləri Azərbaycan mədəniyyətinə sadiq qalmış, bir çoxları isə digər millətlərlə qarışmışdılar.
    Lakin, onları doğma yurdlarından didərgin salmış, öz qohumlarından ayırmış rejim SSR idi. Azərbaycanda müstəqil fikir yürüdənləri, əsarətə çarə axtaranları digər dövlətlərə sürgün edirdilər. Həmin insanlar bir zaman Azərbaycanın elm adamlarının, sənətkarların yetirməsi idilər.
    Qısaca demək istəyirəm ki, yaxşı ki, müstəqilik, güclüyük və həmrəyik !
    Qeyd: Mənim Xaricdə təhsil almağımda, Orta Asiyanın milli və mənəvi dəyərlərini öyrənməyimdə başlıca səbəbkar olan Xocavənd Rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynova öz dərin təşəkkürlərimi bildirirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ