Sizin reklam burada
Sizin reklam burada
  • HÖRMƏTSİZLİK

    Bəhruz Məhərrəmov
    Milli Məclisin deputatı

    2020-ci ilin mart ayının 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqinə dair" Qərar qəbul edərək 121 seçki dairəsi üzrə seçkilərin nəticələrini təsdiq edib.
    Həmin normativ xarakterli aktın özündə ifadə olunduğu kimi, bu Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
    Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin IX bəndinə əsasən Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
    Belə bir situasiyada, seçkilərin nəticələrini şübhə altına almaq, ilk növbədə, Konstitusiya Məhkəməsinin həmin Qərarına, beləliklə də, Azərbaycan Respublikası Konstitusiyasına hörmətsizlikdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ