Açığını desəm, Leyla Xəlilzadənin müəllifi olduğu "Həqiqəti gizlədən yalanlar" kitabı həm bədii-fəlsəfi təsir gücü, həm də günümüzün reallıqlarını, ağrı və acılarını obrazlı şəkildə özündə əks etdirməsi ilə diqqət cəkməklə yanaşı, onu araya ərsəyə gətirən müəllifin yaşından qat-qat böyük təfəkkür ortaya qoyması tədbir iştirakçıları tərəfindən heyranlıqla qarşılandı. Leyla bu kitabı iki il öncə, hələ 12 yaşı olanda ingilis dilində yazsa da, sonradan onu Azərbaycan dilinə tərcümə edərək oxucuların ixtiyarına vermişdir. Belə bir fitri isetada malik gənc yazarın oxucularla ilk görüsü inanıram ki, yuksək məhəbbətlə qarşılanacaq və hələ daha böyük əsərləri ilə geniş auditoriyalarda təqdimat mərasimləri düzənlənəcək. Uğurlar Leyla xanım!
Bəradər
"Atributinfo.az"
