Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili Məzahir Əfəndiyevin növbəti görüşü

Millət vəkili Məzahir Əfəndiyevin növbəti görüşü  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə alaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, habelə cəmiyyət həyatının müxtəlif məsələlərinin həllində hər zaman ictimai fəal insanların əvəzsiz töhfələri olmuşdur.
Əksəriyyəti elm, mədəniyyət və incəsənət adamları, ictimai-siyasi xadimlər, ziyalılardan ibarət bu fəallarcəmiyyətin, yeni gənc nəslin müxtəlif sahələrdə Vətənə ləyaqətlə xidmət etməsində böyük rola maliklər.
Regionda bu işə dəstək vermək, habelə görülən işlərlə tanış olmaq məqsədilə 27 sentyabr 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay Rayon Heydər Əliyev Mərkəzindəmüxtəlif fəaliyyət sahələrində uzun müddət çalışmış, cəmiyyət tərəfindən tanınmış və ictimai fəallığı ilə seçilən Göyçay Rayon Nəzarət-Təftiş Kommisiyasının üzvləri ilə görüşərək səmimi söhbət apardı.
Görüş zamanı M.Əfəndiyev tədbiri giriş sözü ilə açaraq rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ictimai fəal insanların rolundan bəhs edərək zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirdi.
Millət vəkili keçdiyimiz iki il ərzində Milli Məclisin deputatı olaraq seçki ərazisində gördüyü işlərə dair tədbir iştirakçılarına hesabat verdi. Eyni zamandaParlamentdə də irəli sürülmüş qanunvericilik təşəbbüslərindən, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il ərzində fəaliyyət istiqamətləri, xüsusilə sahibkarlığın inkişafı üçün qəbul olunmuş qanun layihələri haqda bəhs etdi.
Sonra çıxış edən rayon ziyalıları M.Əfəndiyevi salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində qazanılan Qələbədən bəhs edərək, bu gün əldə edilən nailiyyətləri yüksək qiymətləndirdilər. Məhz bu Qələbənin gənc nəsil üçün örnək olduğunu vurğulayaraq, eyni zamanda artıq ölkəmiz üçün yeni bir dövrün başladığını bildirdilər.
Bu dövrdə insanların, rayon sakinlərinin, zəhmətkeşlərin qarşılıqlı etibara əsaslanan münasibətlərinin cəmiyyət üçün yararlı olacağını qeyd edərək bu istiqamətdə hamılıqla hər kəsinüzərinə düşən vəzifələri yerinə yetirməyin vacibliyi xüsusi vurğuladılar.
Göyçay rayonunun Nəzarət-Təftiş Kommisiyasınınüzvü olmağın dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd edən tədbir iştirakçıları bundan sonra da qarşıya qoyulan hədəflərə nail olunmasında öz səy və bacarıqlarını əsirgəməyəcəklərini bəyan etdilər.
Daha sonra deputat söhbət zamanı səsləndirilən sualları cavablandıraraq bir sıra məsələlər ətrafında ziyalılarla geniş fikir mübadiləsi apardı. Sonda tədbir iştirakçıları təşkil olunmuş görüş üçün Məzahir Əfəndiyevə öz minnətdarlıqlarını bildirdilər.
Millət vəkili Məzahir Əfəndiyevin növbəti görüşü  Millət vəkili Məzahir Əfəndiyevin növbəti görüşü  Millət vəkili Məzahir Əfəndiyevin növbəti görüşü

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ