Elman Nəsirov dövlətin sosial siyasətindən, vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, vətəndaş amili dövlətin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ölkə vətəndaşları hər addımda dövlətin onlara diqqət və qayğısını görür. Azərbaycanın bu gün özünü dünyaya sosial dövlət kimi təqdim etməsinin əsasında da uğurlu sosial-iqtisadi islahatlar dayanır.
Görüşdə Üçtəpə kənd sakini Qeys Məlikov, Məlikqasımlı kənd sakini Azad Şükürov, Bayxanlı kənd sakini Ceyhun Nadirov və Uzuntəpə kənd sakinləri Ərəstun Abbasov,Ramil Şahmarov, Əlizamin Əliyev, Kənan Səlimov, Mirzə Ələddin,Teymur Alışov və Bəhruz Ramazanov iştirak etmişdir. Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, ünvanlı sosial yardım və xüsusilə də örüş sahələri ilə bağlı məsələləri dilə gətirdilər.Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər ilə bağlı deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verib.
