Sizin reklam burada
Sizin reklam burada
  • Əgər qanun qəbul edilib həyata keçirilmirsə, bu qanunlar niyə qəbul edilir?

    Əgər qanun qəbul edilib həyata keçirilmirsə, bu qanunlar niyə qəbul edilir?Deputat Razi Nurullayev

    "Dərin Təhlil" verilişində Əvəz Zeynallı deyib ki, küçədə papiros çəkənləri 200 Azn cərimə edirlər. Əgər belə bir hal olubsa, bu barədə mənə faktlar verilməsini xahiş edirəm. Əziz oxucular, zəhmət olmasa, konkret faktlar varsa, mənə təqdim edin və bu məsələ ilə bağlı ciddi müzakirə aparmaq lazımdır. Bilirsiniz niyə?
    Birinci növbədə, papiros çəkənlərin də hüquqlarına hörmət edirəm və bu qanunvericiliklə müəyyən edilib. Onlar qanunla müəyyən edilmiş yerlərdə papiros çəkə bilərlər. Çəkməsələr daha yaxşı, amma, canı istəyir, buyursun, tüstülətsin.
    Lakin, bağlı yerlərdə papiros çəkmək qadağan olunsa da zərrə qədər də əməl olunmur. Necə ola bilər ki, bütün kafe və rerstoranlarda, şadlıq evlərində, məclsilərdə, evlərdə, qadağan olunan digər məkanlarda və hətta hamamlarda belə tüstüdən boğulursan, amma səni küçədə papiros çəkdiyinə görə cərimə edirlər? Hamama pak olmağa gedirsən, tüstü bədəninə, paltarına və saçlarına hopur. Məcbursan ki, evdə yenə duş qəbul edəsən. Mən etirazımı bildirirəm və bəzən qanuna əməl olunmasənə tələb edib nail də oluram. Nə olsun ki, yenə də "köhnə hamam, köhnə tas". Bu biabırçılqıdır, qanunu ayaqlar altına salıb tapdalamqdır.
    Restoranlarda, kafelərdə, şadlıq evlərində tüstüdən göz göynəyir. Mən hər dəfə belə yerlərə gedəndən sonra paltarımı 3-4 gün balkonda asıram ki, havalansın, papirosun iyrənc iyi getsin, ya da "ximçistka"ya verirəm. Papirosu çəkəndə zövq almaq olar, amma onun hopan iyisi dünyada ən pis qoxulardan biridir.
    Niyə vətəndaşların sağlamlığı heçə sayılır? Niyə qanunlara əməl edilmir? Axı Parlament "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu qəbul edib və Prezident 1 dekabr 2017-ci ildə bu qanunu təsdiqləyib. Amma, qanuna məhəl qoyan yoxdur.
    Əgər qanun qəbul edilib həyata keçirilmirsə, bu qanunlar niyə qəbul edilir?
    Bu məsələ barədə Rauf Arifoglunun müəllifi olduğu "Dərin təhlil" verilişində danışılıb

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ