Sizin reklam burada
Sizin reklam burada

İctimai nəzarətin işlək mexanizmə çevrilməsində hər kəs maraqlı olmalıdır

İctimai nəzarətin işlək mexanizmə çevrilməsində hər kəs maraqlı olmalıdır Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Ölkə rəhbərliyinin siyasi iradəsi, əzmi və qətiyyəti sayəsində korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə edilməkdədir. Dövlətimizin başçısı daim korrupsiya və rüşvətin qarşısını almaq üçün bu prosesin davamlı olacağını bildirir". Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. 
Deputat qeyd edib ki, sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, dövlət orqanlarının fəaliyyətində səmərənin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək zərurətini də üzə çıxarıb: "Vətəndaş məmnunluğunun təmini, hüquq, azadlıq və qanuni maraqların müdafiəsi, korrupsiyaya qarşı mübarizə, ictimai etimadın formalaşdırılması dövrün zərurətinə çevrilib. Bunun üçün ardıcıl islahatlara başlanmışdır. Ölkə Prezidentinin siyasi iradəsilə "vətəndaşa, insan faktoruna yönümlü" müasir idarəetmə modelinin formalaşdırılması, korrupsiyanın aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilmişdir.Qurulan yeni modeldə "dövlət qulluğu" anlayışı "cəmiyyətə, xalqa qulluq" mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. Qiymətləndirmə və nəzarət sistemində də müvafiq dəyişikliklər edilir, ictimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik ön plana keçir. Beləliklə, qlobal inkişafın müasir meyilləri və milli-tarixi dövlətçilik ənənələrinə əsaslanan islahatlar nəticəsində dövlət xidmətlərinin təqdim olunmasının forma və üsulları müntəzəm olaraq təkmilləşdirilir, dövlət qulluğu peşəkar kadr korpusundan ibarət mühüm sosial-hüquqi mexanizmə çevrilir".
Əminə Ağazadə deyib ki, elektron hökumət vətəndaş-məmur arasındakı əlaqəni minumuma endirdiyi üçün faktiki olaraq korrupsiya ehtimalını da zəiflədir, dövlətlə vətəndaş arasında şəffaf dialoqu təmin edir, məmurların hesabatlılığını artırır, operativ nəzarət mexanizmi olduğundan rəsmi prosedurların daha sürətli və qanuni həyata keçirilməsinə şərait yaradır: "Faktiki olaraq bürokratik əngəl yaradan amil olmur və vətəndaş artıq heç bir maneə olmadan zəruri məlumatları əldə edir. Elektron hökumətin imkanları dövlət idarəçiliyini də səmərəli edir, idarələrarası əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Tutduğumuz yol şübhəsiz ki, bundan sonra da hamar olmayacaq. Lakin bu yolun rahat keçilməsini təmin edə biləcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir. Ölkə Konstitusiyası, "Əmək Məcəlləsi”, "İctimai iştirakçılıq haqqında” Qanun, "İnformasiya əldə etmək haqqında” Qanun, "Polis haqqında” Qanun və başqa qanunlar cəmiyyətimizdə ictimai nəzarətin ən yüksək səviyyədə olmasının tam hüquqi bazasını formalaşdırır. Heç şübhəsiz ki, ictimai nəzarət dövlət idarəçiliyinin bütün sahələrini əhatə etməlidir. Hər kəsə artıq tam aydındır ki, ölkə başçısı ictimai nəzarətin işlək mexanizmə çevrilməsində maraqlıdır və o bunu əksər çıxışlarında vurğulayır. Sual oluna bilər: Nə üçün Prezident korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin rolunun artırılmasına bu qədər önəm verir? Nə üçün o hər kəsi rüşvət və korrupsiyaya qarşı mübarizədə maksimum aktiv olmağa səsləyir? Bu sualların bir cavabı var: Problemin həllində ictimai nəzarətin verə biləcəyi səmərəni o hər kəsdən yaxşı bilir və bunu dəqiq hesablayır. Bu gün ölkə iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində atılan addımlar ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının daha sürətlə reallaşdırılmasına yönəlib".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ